Azərbaycan BMT-nin nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnaməsinin lehinə səs verib

Azərbaycan BMT-nin nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnaməsinin lehinə səs verib Azərbaycan qətnamənin lehinə, ABŞ, Palau, Kanada və Ukrayna isə leyhinə səs verib
Xarici siyasət
20 Noyabr , 2015 12:40
Azərbaycan BMT-nin nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnaməsinin lehinə səs verib

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan BMT-nin nasizm və neonasizmin qəhrəmanlaşdırılması ilə mübarizə haqqında qətnaməsinin lehinə səs verib.

"Report" BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, BMT Baş Assambleyasının iclasında Azərbaycanla birgə, daha 126 ölkə qətnamənin lehinə səs verib, 53 ölkə bitərəf qalıb.

Qətnamənin əleyhinə səs verənlər isə ABŞ, Palau, Kanada və Ukrayna olub.

Qeyd edək ki, bu sənədi qəbul etməklə, Baş Assambleya irqi və milli inanclar əsasında olan neonasizm, neofaşizm və zorakı millətçi ideologiyaların dəstəklənməsi və dirçəlişini pisləyib, bu cür hallara heç bir halda haqq qazandırılmayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi