​BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

​BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək Əli Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib
Xarici siyasət
1 Aprel , 2015 17:39
​BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Bakı. 1 aprel. REPORT.AZ/ Suriya üzrə III Beynəlxalq Humanitar Donorlar Konfransında iştirak edən Azərbaycan baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT baş katibi Pan Gi Munla görüşüb. Bu barədə "Report"a Komitədən məlumat verilib.

Ə.Həsənov qeyd edib ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının vəziyyətini yaxşı başa düşür: "Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbərinin də konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olması buna sübutdur. AIDA vasitəsilə Azərbaycan hökuməti həm Suriya qaçqınlarına, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına öz yardımını davam etdirəcək".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında BMT-nin baş katibinə ətraflı məlumat verən baş nazirin müavini bildirib ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir: "Ermənistan isə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur. Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsinə baxmayaraq, son 10 ildə ölkənin böyük inkişaf yolu keçib. Bu illər ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endirilib, 1 milyon 300 min yeni iş yeri açılıb. Azərbaycan BMT-nin meyarlarına əsasən sürətlə inkişaf edir. Bizim məqsədimiz isə inkişaf etmiş ölkəyə çevrilməkdir".

Sonda Ə.Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini söyləyib. Eyni zamanda o qeyd edib ki, may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcək.

Son xəbərlər

Orphus sistemi