BMT Baş katibinin iki köməkçisi VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək

BMT Baş katibinin iki köməkçisi VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək Bakı. 24 oktyabr. REPORT.AZ/ BMT Baş katibinin köməkçisi Rəşid Xalikov və BMT Baş katibinin ədalət və hüququn aliliyi üzrə köməkçisi Aleksandr Zuyev oktyabrın 25-26-da keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəklər.
Xarici siyasət
24 Oktyabr , 2018 11:16
BMT Baş katibinin iki köməkçisi VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək
Getty Images
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ BMT Baş katibinin köməkçisi Rəşid Xalikov və BMT Baş katibinin ədalət və hüququn aliliyi üzrə köməkçisi Aleksandr Zuyev oktyabrın 25-26-da keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəklər.

Bu barədə "Report"a BMT-nin Bakı ofisinin mətbuat xidmətindən bildirilib.

Bakıdakı foruma qatılmaq üçün həmçinin BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri İnqa Ronda da paytaxtımıza gələcək.

Xatırladaq ki, Beynəlxalq Humanitar Forumu Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə 2010-cu ildən təşkil olunur. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Bu il forumun əsas mövzusu “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” olacaq.

Builki forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edəcək

Son xəbərlər

Orphus sistemi