BMT baş katibi Novruz bayramı münasibətilə dünya xalqlarını təbrik edib

BMT baş katibi Novruz bayramı münasibətilə dünya xalqlarını təbrik edib Pan Gi Mun: "Qoy Novruz ab-havası bütün il boyu yaşasın!"
Xarici siyasət
19 Mart , 2015 10:36
BMT baş katibi Novruz bayramı münasibətilə dünya xalqlarını təbrik edib

Bakı. 19 mart. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Novruz bayramını qeyd edən bütün xalqları bu bayram münasibətilə təbrik edib. "Report" xəbər verir ki, P.Munun təbrik məktubunda Novruz bayramının hər il keçirilməsinin insanların birləşməsi üçün gözəl imkan olduğu qeyd olunub. 

"Həm cəmiyyət daxilində, həm də cəmiyyətlər arasında bu, birlik və həmrəylik məqamı ədavət və parçalanma dövründə daha vacibdir", - baş katib vurğulayıb. 

"Yeni ilin qədim ənənəsi yazın gəlişi ilə üst-üstə düşür. Qərbi, Mərkəzi və Cənubi Asiya, Qafqaz, Balkanlar və digər regionlarda zəngin adət-ənənə toplusu və şənliklərlə müşayiət olunur", - məktubda deyilir. 

Baş katib, həmçinin xatırladıb ki, Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi, mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

O, Novruz bayramını qeyd edən bütün xalqlara şən və dinc bayramlar arzulayıb.  "Qoy, Novruz ab-havası bütün il boyu yaşasın!", - BMT baş katibinin təbrik məktubunda deyilir. 

Son xəbərlər

Orphus sistemi