BMT-nin baş katibi: "Hamınıza xoşbəxt, sağlam, dinc və firavan Novruz arzulayıram"

BMT-nin baş katibi: "Hamınıza xoşbəxt, sağlam, dinc və firavan Novruz arzulayıram" Hər il Novruzu yeni başlanğıclar günü kimi qeyd edirik, yeni ilə ümid və sevinclə qədəm qoyuruq. Biz təbiətin canlanmasını və baharın ilk gününü bayram edirik.
Xarici siyasət
20 Mart , 2020 10:49
BMT-nin baş katibi: Hamınıza xoşbəxt, sağlam, dinc və firavan Novruz arzulayıram

"Hər il Novruzu yeni başlanğıclar günü kimi qeyd edirik, yeni ilə ümid və sevinclə qədəm qoyuruq. Biz təbiətin canlanmasını və baharın ilk gününü bayram edirik."

"Report"un məlumatına görə, bu fikirlər BMT-nin baş katibi Antonio Quterreşin Novruz bayramı ilə bağlı təbrikində deyilir.

"Bu il Novruzu bir çox insan kədər və narahatlıqla qarşılayır. Yeni koronavirus (COVİD-19) bu qədim bayramı qeyd edən bölgələr də daxil olmaqla bütün dünyanı sarsıdır. Yaxınlarını itirmiş şəxslərə dərin hüznlə başsağlığı verirəm, bundan əziyyət çəkənlərə isə ən xoş arzularımı çatdırıram.

Ümid edirəm ki, Novruz bayramı ailə üzvləri ilə istirahət etmək və vaxt keçirmək, ilin dəyişən fəsillərinin gözəlliyindən zövq almaq, eləcə də ümumbəşəri dəyərlərimizi xatırlamaq və qeyd etmək üçün xoş bir zaman olacaq.

Novruz canlanma simvoludur. Onun gəlişini od, xüsusi yeməklər, səməni və digər adət-ənənələrlə qeyd etdiyiniz zaman, ümid edirəm ki, təbiətlə dostluq və harmoniya hissi tapacaqsınız.

Hamınıza xoşbəxt, sağlam, dinc və firavan Novruz arzulayıram", - baş katib qeyd edib.

Son xəbərlər

Orphus sistemi