BMT Baş katibi: "Bakı Forumu cəmiyyətlər arasında körpü yaratmağa imkan verir"

BMT Baş katibi: "Bakı Forumu cəmiyyətlər arasında körpü yaratmağa imkan verir" Bakı. 15 mart. REPORT.AZ/ Bakı Forumu cəmiyyətlər arasında körpü yaratmağa və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə imkan verir.
Xarici siyasət
15 Mart , 2018 12:18
BMT Baş katibi: Bakı Forumu cəmiyyətlər arasında körpü yaratmağa imkan verir

Bakı. 15 mart. REPORT.AZ/ "Bakı Forumu cəmiyyətlər arasında körpü yaratmağa və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə imkan verir."

"Report"un verdiyi xəbərə görə, bu barədə BMT Baş katibi Antoniu Quttereşın Bakıda keçirilən VI Qlobal Bakı Forumunun iştirakşılarına ünvanladığı müraciətdə deyilir.

Qeyd edək ki, müraciət forum iştirakçılarının nəzərinə BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Qulam İsakzai tərəfindən çatdırılıb.

"Qlobal çağırışlar zamanında Nizami Gəncəvi Beynəlxalq Mərkəzini bu cür forumun təşkilinə görə təbrik edirəm. Forum cəmiyyətlər arasında körpü yaratmağa kömək edir, tolerantlığa və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə imkan yaradır", - BMT Baş katibinin müraciətində deyilir. 

Son xəbərlər

Orphus sistemi