Yuxarı
    Bağlamaq

    BMT baş katibi aprelin sonunda Cənubi Qafqaza səfər etməyi planlaşdırır

    Dəqiq tarix deyə bilmərəm, amma səfər BMT-də Paris iqlim sazişinin imzalanma mərasimindən az sonra baş tutacaq

    Bakı. 1 aprel. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun aprelin sonunda, Azərbaycan, Ermənistan və Gürcüstana rəsmi səfər etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə TASS təşkilatın katibliyindəki mənbəsinə istinadən məlumat verib.

    "Dəqiq tarix deyə bilmərəm, amma səfər BMT-də Paris iqlim sazişinin imzalanma mərasimindən (22 aprel) az sonra baş tutacaq", - deyə mənbə bildirib.

    BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik qarşıdakı səfərlə bağlı xəbəri nə təsdiq, nə də inkar edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi