BMT Baş Assambleyasının sədri Azərbaycana gəlib

BMT Baş Assambleyasının sədri Azərbaycana gəlib BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb
Xarici siyasət
8 aprel 2021 18:01
BMT Baş Assambleyasının sədri Azərbaycana gəlib
Volkan Bozkır
0 : 00
0 : 00

BMT Baş Assambleyasının Sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb.

Bu barədə “Report”un yerli bürosuna sədrin sözçüsü Brenden Varma məlumat verib.

O, bildirib ki, V.Bozkır Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

İşgüzar səfər 12 aprel tarixində yekunlaşacaq.

Qeyd edək ki, V. Bozkır BMT Baş Assambleyasının sessiyasına sədrlik edən ilk türk diplomatdır.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi