BMT Baş Assambleyasının 75-ci sessiyası başlayıb

BMT Baş Assambleyasının 75-ci sessiyası başlayıb İllik ümumi debatlar sentyabrın 22-də başlayacaq
Xarici siyasət
16 Sentyabr , 2020 13:05
BMT Baş Assambleyasının 75-ci sessiyası başlayıb
0 : 00
0 : 00

Sentyabrın 15-də Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 74-cü sessiyası sona çatıb və yubiley - 75-ci sessiyası başlayıb.

“Report” BMT-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sessiyaya qatılacaq nümayəndə heyətləri BMT-nin yaranma gününü təntənəli şəkildə qeyd edəcək, ümumi debatlar və bir sıra yüksək səviyyəli görüşlər keçirəcəklər.

75-ci sessiyanın sədri türkiyəli diplomat Volkan Bozkır seçilib. O, bu postda nigeriyalı Ticani Muhəmməd-Bandeni əvəz edib. Muhəmməd-Bandaya təşəkkür edən və Bozkıra uğurlar diləyən BMT-nin Baş katibi Antoniu Qutyerreş COVID-19 pandemiyasına qarşı mübarizənin Assambleyanın gündəminin mərkəzində qalmasının zəruriliyini vurğulayıb. O, səhiyyə sistemlərinin gücləndirilməsinin, dərman və peyvəndlərin hazırlanmasının və ədalətli bölgüsünün vacibliyini qeyd edib.

75-ci sessiyanın sədri olan türkiyəli diplomat Volkan Bozkır pandemiyaya qarşı mübarizəni gücləndirəcəklərinə, davamlı inkişaf və BMT islahatlarını təşviq edəcəklərinə söz verib.

“İşlədiyimiz şərait bizə çoxtərəfli sistemin əhəmiyyətini xatırladır və hamımızı kollektiv problemlərin həlli üçün BMT Nizamnaməsindən tam istifadə etməyə ilhamlandırır”, - Volkan Bozkır söyləyib.

Yeni sessiyanın ilk günlərində prosedur məsələlər, o cümlədən gündəm maddələrinin Assambleyanın altı əsas komitəsi arasında bölüşdürülməsi ilə bağlı məsələlər həll olunacaq.

İllik ümumi debatlar sentyabrın 22-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi