BMT Baş Assambleyasının 70-ci sessiyasının açılış vaxtı və proqramı məlum olub

BMT Baş Assambleyasının 70-ci sessiyasının açılış vaxtı və proqramı məlum olub Yubiley sessiyada rekord sayda dövlət və hökumət başçıları iştirak edəcək
Xarici siyasət
13 Avqust , 2015 09:56
BMT Baş Assambleyasının 70-ci sessiyasının açılış vaxtı və proqramı məlum olub

Bakı. 13 avqust . REPORT.AZ/ Sentyabrın 15-də BMT-nin Nyu-Yorkdakı qərargahında rəsmi olaraq BMT Baş Assambleyasının 70-ci sessiyası açılacaq. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki,  builki ümumi müzakirələr sentyabrın 28-də başlayacaq və oktyabrın 3-nə kimi davam edəcək. Bir gün əvvəl Sabit İnkişaf üzrə Sammit keçiriləcək. 

Ənənəyə uyğun olaraq, sentyabrın 28-də ilk olaraq tribunada Braziliya və ABŞ prezidentləri çıxış edəcək. 

Baş Assambleya və BMT İqtisadi və Sosial Şurasının işləri üzrə şöbənin direktoru İon Botnarın sözlərinə görə, sentyabr ayında  BMT-nin Nyu-Yorkdakı qərargahında  rekord sayda dövlət və hökumət başçıları toplaşacaq. Artıq  BMT-nin 193 üzv-ölkələrindən 155-i iştirak üçün ərizə yollayıb. 

O qeyd edib ki,  Sabit İnkişaf üzrə Sammit  qarşıdakı sessiyanın ən mühüm hadisəsidir. Həmin sammitdə BMT-yə üzv dövlətlər növbəti 15 il üçün inkişaf sahəsində yeni qlobal gündəliyi qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi