BMT: Azərbaycanla sıx əməkdaşlıq edirik

BMT: Azərbaycanla sıx əməkdaşlıq edirik “Biz Azərbaycanın müvafiq qurumları ilə sıx əlaqə yaratmışıq. Bizim əməkdaşlığımızın əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan da pandemiyaya qarşı texniki yardımlardan yararlana bilsin”.
Xarici siyasət
25 iyun 2020 13:18
BMT: Azərbaycanla sıx əməkdaşlıq edirik

“Biz Azərbaycanın müvafiq qurumları ilə sıx əlaqə yaratmışıq. Bizim əməkdaşlığımızın əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan da pandemiyaya qarşı texniki yardımlardan yararlana bilsin”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda risklərin idarə olunması ilə bağlı bilik və bacarıqların artırılması sahəsində də müzakirələr aparmışıq. Biz həmçinin müxtəlif kampaniyalar vasitəsilə öz dəstəyimizi göstərmişik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi