BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini dəstəkləyir

BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini dəstəkləyir "BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində göstərdiyi səyləri dəstəkləyir".
Xarici siyasət
24 Yanvar , 2023 11:25
BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini dəstəkləyir

"BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində göstərdiyi səyləri dəstəkləyir".

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva FAO-nun Bakıda keçirilən regional seminarında deyib.

O bildirib ki, hərtərəfli inklüziv inkişafa nail olmaq üçün Azərbaycanın güclü institutlara ehtiyacı var və BMT ölkənin bu istiqamətdə səylərini dəstəkləyir.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi sahəsində DİM-ə nail olmaq böyük əhəmiyyət kəsb edir: "Dünyada ərzaq çatışmazlığı artır, pandemiya nəticəsində aclıq sürətlənib, Ukraynadakı müharibə nəticəsində qlobal təchizat zəncirləri qırılıb. Orta hesabla dünyada hər üç nəfərdən biri qida çatışmazlığından əziyyət çəkir".

V.Andreyeva bu istiqamətdə vəziyyəti müsbət tərəfə dəyişmək üçün səylərin birləşdirilməli olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi