Bakı. 25 iyun. REPORT.AZ/ BMT-nin Qaçqınların Hüquqları üzrə Ali Komissarlığının (QHAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Ancelis Bakıdakı diplomatik missiyasını başa vurur.
"Report" xəbər verir ki, BMT QHAK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində onu digər italiyalı diplomat Gido d`Ambrosio (Guido d Ambrosio) əvəz edəcək.
Qeyd edək ki, Furio de Ancelis bu vəzifədə 2016-cı ilin yayından etibarən çalışıb.
Azərbaycana təyin olunmazdan əvvəl F.de Ancelis Mərkəzi Asiya və Şərqi Avropada işləyib.