BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"

BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub" “Müharibə başlayandan 12 minədək Azərbaycan vətəndaşı Ukraynadan təxliyə olunub”.
Xarici siyasət
5 İyul , 2022 16:24
BMqT: Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub

“Müharibə başlayandan 12 minədək Azərbaycan vətəndaşı Ukraynadan təxliyə olunub”.

Bunu “Report”a Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev bildirib.

Onun sözlərinə görə, BMqT Dövlət Miqrasiya Xidməti ilə birgə Azərbaycanda ukraynalılara köməklik göstərir.

Bundan başqa, Ukraynadakı böhranı həll etmək üçün BMqT Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi məsələsində Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi