İtaliya səfiri: "Biz gələcəkdə də Azərbaycanla əlaqələrin möhkəmlənməsinə çalışacağıq"

İtaliya səfiri: "Biz gələcəkdə də Azərbaycanla əlaqələrin möhkəmlənməsinə çalışacağıq" Auqusto Massari: "İtaliya və Azərbaycan arasında əlaqələr mükəmməldir"
Xarici siyasət
6 Oktyabr , 2017 18:16
İtaliya səfiri: Biz gələcəkdə də Azərbaycanla əlaqələrin möhkəmlənməsinə çalışacağıq

Bakı. 6 oktyabr. REPORT.AZ/ "İtaliya və Azərbaycan arasında əlaqələr həm siyasi, həm iqtisadi, həm də humanitar nöqteyi nəzərdən mükəmməldir".

"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

"Biz gələcəkdə də Azərbaycanla əlaqələrin möhkəmlənməsi, Azərbaycan iqtisadiyyatında İtaliya biznesinin iştirakının genişləndirilməsi, mədəni əlaqələrin inkişafı və birgə tədbirlərin keçirilməsini nəzərdə tuturuq", - səfir bildirib.

A.Massari iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin yüksək səviyyədə olduğunu da söyləyib: "Bu il İtaliya ali təhsil müəssisələrində 500-dən çox azərbaycanlı tələbə təhsil alacaq". 

Son xəbərlər

Orphus sistemi