Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Azərbaycana gələcək

Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Azərbaycana gələcək Martın sonunda Azərbaycanın daxili işlər naziri Ramil Usubovun BƏƏ-yə səfəri nəzərdə tutulub
Xarici siyasət
13 Mart , 2017 12:14
Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Azərbaycana gələcək

Bakı. 13 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zayed əl-Nəhyanın may ayında Azərbaycana rəsmi səfər etməsi planlaşdırılır.

Bunu "Report"a açıqlamasında Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

O bildirib ki, martın sonunda Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov BƏƏ-yə səfər edəcək. Səfər çərçivəsində R.Usubov BƏƏ-li həmkarı ilə görüşəcək. 

D.Şikarov qeyd edib ki, aprel ayında ikitərəfli iqtisadi komissiyanın növbəti iclasının Əbu-Dabidə keçirilməsi də nəzərdə tutulub. Səfirin sözlərinə görə, iclas baş tutarsa iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti BƏƏ-yə səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi