Bakı. iyul 16. REPORT.AZ/ Rusiya
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Rusiya FHN-in iki təyyarəsi bu ölkənin, həmçinin digər MDB dövlətlərindən olan və münaqişə zonasını tərk etmək istəyən 118 vətəndaşı ötən gecə Yəməndən Moskvanın Domodedovo hava limanına çatdırıb. Həmin təyyarələrlə Rusiya, Özbəkistan, Tacikistan, Ukrayna, Moldova, Efiopiya və bir Azərbaycan vətəndaşı evakuasiya edilib.
Uçuş müddətində sərnişinləri "Centrospas" tibb dəstəsinin həkimləri və Rusiya FHN-in Fövqəladə Psixoloji Yardım Mərkəzinin psixoloqları müşayiət ediblər.