Yuxarı
    Bağlamaq

    Binəli Yıldırım: "FETÖ-yə qarşı mübarizəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik"

    Türkiyənin baş naziri: FETÖ-yə qarşı ilk ən sərt reaksiya verən dost və qardaş Azərbaycan oldu

    İstanbul. 20 sentyabr. REPORT.AZ/ "Fətullahçı terror təşkilatına (FETÖ) qarşı ilk ən sərt reaksiya verən dost və qardaş Azərbaycan oldu. Bu ölkə indi təşkilatın bütün  əlaqələrini bir-bir ortaya çıxarır, məktəblərini bağlayır". 

    Bu fikirləri "Report"un Türkiyə bürosunun müxbirinə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

    "Bizim bu sahədə Azərbaycan ilə çox gözəl iş birliyimiz var. Buna görə türk milləti adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir", - deyə baş nazir vurğulayıb. 

    Vüsalə Abbasova, "Report"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi