Binəli Yıldırım: "Azərbaycan 30 ildə həll olunmayan problemi 44 gündə həll etdi"

Binəli Yıldırım: "Azərbaycan 30 ildə həll olunmayan problemi 44 gündə həll etdi" “Qarabağ 30 il işğal altında qaldı. BMT-nin nəyisə dəyişməsini gözlədik. Amma nə BMT, nə ATƏT-in Minsk Qrupu bir şey etdi”.
Xarici siyasət
24 Oktyabr , 2023 17:00
Binəli Yıldırım: Azərbaycan 30 ildə həll olunmayan problemi 44 gündə həll etdi
Binəli Yıldırım

“Qarabağ 30 il işğal altında qaldı. BMT-nin nəsə edəcəyini gözlədik. Amma nə BMT, nə ATƏT-in keçmiş Minsk qrupu heç nə etmədi”.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Erzincan Bineli Yıldırım Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.

O bildirib ki, nəhayət, Azərbaycan özü öz işini görməyi qərara aldı: “Türkiyə və Azərbaycan çiyin-çiyinə verdi. Nəticədə 30 ildə həllini tapmayan problem 44 gündə həll olundu”.

Son xəbərlər

Orphus sistemi