Bilal Haee: "Bizə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq"

Bilal Haee: "Bizə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq" Xocalı faciəsi insanlığa qarşı cinayətdir.
Xarici siyasət
16 Sentyabr , 2021 15:58
Bilal Haee: Bizə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq

"Xocalı faciəsi insanlığa qarşı cinayətdir".

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haee Kəşmirdəki vəziyyətə həsr olunmuş tədbir zamanı bildirib.

“Azərbaycan Xocalı hadisələrini yaşadığı üçün soyqırımının nə demək olduğunu bilir. Kəşmirdə də eyni şeylər baş verir. Aramızda oxşar məqamlar çoxdur, bu da bizi birləşdirir” – deyən səfir Kəşmir bölgəsində insan hüquqlarının mütəmadi pozulduğunu dilə gətirib:

“Fikrimcə, dünyanın bu faciəyə dair lazımi addımlar atmasının vaxtı çoxdan yetişib. Bəs dünya niyə susur? Bizə demokratiyadan, sülhpərvərlikdən dərs keçən Avropa ölkələri Kəşmirə gəldikdə Hindistandakı kommersiya maraqları naminə səssiz qalırlar”.

Səfir bildirib ki, Hindistan Kəşmirdəki vəziyyəti izləməklə bağlı beynəlxalq təşkilatların təkliflərini rədd edir.

“Azərbaycan Pakistan üçün dost ölkədir, Kəşmirdəki vəziyyəti başa düşür. Azərbaycana və xalqına bizə verdiyi dəstəyə görə minnətdarıq” - səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi