Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir Alt-işçi qrupunun ikinci iclası keçirilib
Xarici siyasət
31 Mart , 2021 17:13
Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Martın 25-də Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən videkonfrans formatında Avropa Birliyində Dürüstlük İşçi Qrupunun “Dürüstlük və antikorrupsiya standartları” üzrə alt-işçi qrupunun ikinci iclası keçirilib.

Baş Prokururluqdan "Report"a verilən məlumata görə, Avropa İttifaqının 11 üzv dövlətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil edib.

Alt-işçi qrupunun II iclasında iştirakçı ölkələrin nümayəndələri tərəfindən korrupsiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edən dövlət idarəetməsində dürüstlük və etik davranış sahələrində əldə edilmiş müsbət təcrübə mübadiləsi keçirilib, eyni zamanda dürüstlük və anti-korrupsiya standartları üzrə hazırlanmış metodik tövsiyələrin layihə mətnləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə nümayəndəmiz çıxış edərək ölkəmizdə həyata keçirilməkdə olan, dövlət qulluqçularının fəaliyyətində hesabatlılıq və dürüstlüyün təmin edilməsinə istiqamətlənmiş islahatlar barəsində danışıb. Bundan başqa, o, son dövr ərzində Azərbaycanda Respublika Prokurorluğunun işində və prokurorların fəaliyyətində dürüstlüyün təmin edilməsi üçün görülmüş tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

İclasın sonunda iştirakçı ölkələrin nümayəndələri tərəfindən dürüstlük və anti-korrupsiya standartları üzrə hazırlanmış metodiki tövsiyələrin layihə mətnlərində bir sıra dəyişiklik edilərək tövsiyələrin EPAC/EACN-nin növbəti illik Peşəkar Konfransı və Baş Assambleyasında təqdim edilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi