“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində “Ətraf-mühitin davamlı reabilitasiyası üçün milli bacarıqların yaradılması” mövzusunda panel müzakirəsi keçirilib.
“Report” xəbər verir ki, panelə moderatorluğu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının qlobal minatəmizləmə və inkişaf məsləhətçisi Steynar Essen edib.
Panel iştirakçıları arasında “Agora Diplomatico”nun işlər üzrə analitik direktoru David Martinez, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, “James Madison” Universitetinin Beynəlxalq Stabilizasiya və Bərpa Mərkəzinin direktoru Suzan Federleyn, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mühafizə və Əsas Xidmətlər Departamentinin Silahlarla Çirklənmə Bölməsinin rəhbəri Erik Tollefsen və tədqiqatçı Alexandra Frost yer alıb.
"Agora Diplomatico”nun işlər üzrə analitik direktoru David Martinez ANAMA-ya gördüyü işlərə görə təşəkkür edib: "Biz müharibə qalıqlarından yox, eyni zamanda basdırılmış minalardan danışırıq, onlar insan həyatlarına son qoyur. Mina probleminin iqtisadiyyata da təsiri var. Bunlar acınacaqlı mənzərədir. Bu torpaqları təhlükəsiz hala gətirmək hüquqi yox, həm də mənəvi öhdəlikdir. Biz çalışırıq ki, həm cari, həm də uzunmüddətli olaraq ətraf mühitə töhfə verək. Bərpa və yenidənqurma işləri çox vacibdir. Beynəlxalq insan haqları alətləri çox mühüm rola malikdir. BMT DİM və digər təşkilatlar bu prosesdə, eyni zamanda gələcəyin qurulmasında yaxından iştirak edirlər. Biz minalardan zərər görmüş torpaqları və insanları dayanıqlı cəmiyyətlərə çevirə bilərik”.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko isə ətraf mühitin hamıya təsir göstərən amil olduğunu bildirib: "Aİ Azərbaycanın yaxından işlədiyi tərəfdaş olub, uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq həyata keçiririk və ətraf mühit də onlardan biridir. Biz daha çox iqlim dəyişiklikləri mövzusunda əməkdaşlıq edirik. Bizim əməkdaşlığımızda prioritet məsələ yaşıl gündəlikdir. O, bizim sərmayəmizin bir hissəsidir. Mina problemindən danışanda onun ətraf mühitə nə qədər böyük fəsadlarının ola biləcəyini anlayırıq. Mina qadın-uşaq olmasından asılı olmayaraq, insanların həyatını əllərindən alır. Bu, dünyanın hər yerində belədir. Ümid edirəm ki, gələcəkdə insanlar minalardan təmizlənmiş Azərbaycan ərazilərinə qayıda biləcəklər. Aİ mina problemi ilə mübarizədə Azərbaycanın yanındadır. Biz Azərbaycanda mina problemi ilə mübarizəyə yardım üzrə ən böyük donor təşkilatıyıq. ANAMA ilə yaxından işləyirik, onlara ən yaxşı avadanlıqları verməyə çalışırıq. Hətta mina qurbanlarına da dəstək göstəririk".
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mühafizə və Əsas Xidmətlər Departamentinin Silahlarla çirklənmə bölməsinin rəhbəri Erik Tollefsen söyləyib ki, mina problemi insanların yurdlarına qayıdışını gecikdirir: "Minatəmizləmə ilə bağlı texnologiya mütləq məqsədə xidmət etməli və ətraf mühit standartlarına uyğun istifadə olunmalıdır".
Tədqiqatçı Aleksandra Frost vurğulayıb ki, mina ilə mübarizədə tərəfdaşlıq formatında işləmək çox vacibdir: "Bu, bilik mübadiləsinə yol açır. Yerli və beynəlxalq ekspertlər fikirlərini bölüşməlidirlər".
“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində “Ətraf-mühitin davamlı reabilitasiyası üçün milli bacarıqların yaradılması” mövzusunda panel müzakirəsi keçirilir.
“Report” xəbər verir ki, panelə moderatorluğu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının qlobal minatəmizləmə və inkişaf məsləhətçisi Steynar Essen (Steinar Essen) edir.
Panel iştirakçıları arasında “Agora Diplomatico”nun işlər üzrə analitik direktoru David Martinez, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, “James Madison” Universitetinin Beynəlxalq Stabilizasiya və Bərpa Mərkəzinin direktoru Suzan Federleyn (Suzanne Fiederlein), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mühafizə və Əsas Xidmətlər Departamentinin Silahlarla Çirklənmə Bölməsinin rəhbəri Erik Tollefsen və tədqiqatçı Aleksandra Frost (Alexandra Frost) yer alır.