Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycana dair özbək dili versiyası yaradılır

Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycana dair özbək dili versiyası yaradılır Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xüsusi Komissiya yaradılıb
Xarici siyasət
30 Mart , 2017 19:14
Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycana dair özbək dili versiyası yaradılır
courtesy image

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ildən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair özbək dilində məlumatlarla zənginləşdirilməsi işi həyata keçirilir.

Mədəniyyət Mərkəzdən "Report"a verilən məlumata görə, qurum tərəfindən aparılan monitorinq nəticəsində məlum olub ki, sözügedən məlumat bazasında Azərbaycana dair özbək dilində məlumatlar olduqca az və demək olar yox səviyyəsindədir.

Bununla əlaqədar, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xüsusi Komissiya yaradılıb, özbək dilinə tərcümə ediləcək materiallar müəyyənlişdirilib, sistemləşdirilib və tərcüməçi ailimlərlə sözügedən materialların Azərbaycan dilindən Özbək dilinə tərcüməsinə dair razılıq əldə olunub. İndi Mədəniyyət Mərkəzi tərəfindən proses başlanılıb.

Materiallar tərcümə və redaktə olunduqdan sonra Beynəlxalq Elektron Ensiklopediyada özbək dili üzrə yaradılan bölmələrə daxil edilir.

Layihə çərçivəsində İnternetdə Azərbaycana dair özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə edə biləcəklər.

Aparılan iş öz nəticəsində Beynəlxalq Elektron Ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitze-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondu, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Xankəndi şəhəri, Şuşa rayonu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, və digər bölmələr tam yaradılıb, yeni məlumatlar və şəkillərlə zənginləşdirilib.

Son xəbərlər

Orphus sistemi