Azərbaycan Prezidenti Beynəlxalq Atçılıq Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Prezidenti Beynəlxalq Atçılıq Federasiyasının prezidentini qəbul edib Azərbaycanda müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb
Xarici siyasət
12 Dekabr , 2014 14:11
Azərbaycan Prezidenti Beynəlxalq Atçılıq Federasiyasının prezidentini qəbul edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya Bint Al Hüseyni qəbul edib. "Report"un məlumatına görə, şahzadə Haya Bint Al Hüseyn İordaniya Haşimilər Kralı II Abdullahın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının illik iclasının Bakıda keçirilməsinin önəmi qeyd olunub, ölkədə idmana, o cümlədən atçılıq idman növünün inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən məmnunluq ifadə edilib, Azərbaycanda müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin nəticəsi kimi dəyərləndirilib.

Dövlət başçısı İordaniya Haşimilər Kralının və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay Əmirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş nazirinə, Dubay Əmirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi