Yuxarı

GUAM-Yaponiya Əməkdaşlıq Proqramı imzalanıb

Proqramda GUAM-Yaponiya əməkdaşlığının perspektiv inkişafı, Yaponiyanın GUAM regional əməkdaşlığına daha yaxından cəlb olunması qeyd edilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-la Yaponiya arasında Əməkdaşlıq Proqramı imzalanıb

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Belqradda ATƏT Nazirlər Şurasının 22-ci toplantısı çərçivəsində üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşü keçirilib. 

Həmçinin görüş çərçivəsində GUAM-Yaponiya Əməkdaşlıq Proqramı imzalanıb. Proqramda GUAM-Yaponiya əməkdaşlığının perspektiv inkişafı, Yaponiyanın GUAM regional əməkdaşlığına daha yaxından cəlb olunması, praktik əməkdaşlıq üçün proqram və layihələrin inkişafı və icra edilməsi kimi məsələlər qeyd olunub.

Proqramda eləcə də BMT Nizamnaməsi, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində sülh və təhlükəsizliyin qorunması naminə beynəlxalq və regional münasibətlərin cari problemləri üzrə məsləhətləşmələrin keçirilməsi yeni əməkdaşlıq məqsədləri kimi təsbit olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi