Yuxarı

Novruz Məmmədov: "Ermənistanın arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub"

Ermənilər münaqişənin həllini buna görə uzadır

Bakı. 2 İyun. REPORT.AZ/ "Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub".

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.

N.Məmmədov vurğulayıb ki, son 20 ildə dünyada baş verən hadisələr zamanı beynəlxalq hüququn tətbiqini çox az hallarda müşahidə etmək olar: "Beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur. Beynəlxalq hüquq yalnız sözdə mövcuddur.

Maraqlıdır ki, Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının “rəhbərlərinə” Avropa və ABŞ-a viza verilməsi qadağandır.

Amma separatçı Bako Saakyana hər yerə asanlıqla viza verilir. Görəsən, bunu necə başa düşmək lazımdır?

Beləliklə, Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi