Bələdiyyə başçısı: "Türkiyə və güclü Azərbaycan modeli dünya üçün nümunədir"

Bələdiyyə başçısı: "Türkiyə və güclü Azərbaycan modeli dünya üçün nümunədir" Lokman Çağırıcı 20 Yanvar faciəsi və Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün əməkdaşlığa hazır olduğunu deyib
Xarici siyasət
13 Yanvar , 2017 19:29
Bələdiyyə başçısı: Türkiyə və güclü Azərbaycan modeli dünya üçün nümunədir

İstanbul. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Bağcılar bələdiyyə başçısı, Türk Dünyası Bələdiyyələr Birliyi başçısının müavini Lokman Çağırıcı ilə görüşüb.

"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, baş konsul Türkiyənin çətin zamanlarında Azərbaycanın dost ölkəyə daimi dəstək verdiyini və bundan sonra da qardaş Türkiyənin yanında olacağını deyib. 

Konsul iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərlə söykəndiyini, bu gün dünyada güclü Türkiyə və güclü Azərbaycan modelinin nümunə olduğunu bildirib.

L.Çağırıcı 20 Yanvar faciəsi və Xocalı soyqırımı həqiqətlərinin Türkiyəyə və dünyaya çatdırılması üçün bələdiyyənin konsulluqla əməkdaşlığa hazır olduğunu və bunun səmərə verəcəyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi