Belçikanın Brügge şəhərində Azərbaycan milli həftəsi keçirilib

Belçikanın Brügge şəhərində Azərbaycan milli həftəsi keçirilib Belçikanın Brügge şəhərində Azərbaycan milli həftəsi keçirilib.
Xarici siyasət
20 Yanvar , 2022 19:15
Belçikanın Brügge şəhərində Azərbaycan milli həftəsi keçirilib

Belçikanın Brügge şəhərində Azərbaycan milli həftəsi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Brügge şəhərində yerləşən Avropa Kollecində Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi, Avropa Kollecində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə baş tutub. Bu həftə ərzində azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın rəsm sərgisi və gənc fotoqraf Maya Bağırovanın fotosərgisi nümayiş etdirilib.

Azərbaycan milli günləri münasibətilə Azərbaycan milli mətbəxinim təqdimatı da baş tutub. Bundan əlavə müxtəlif ölkələrdən olan kolleclərin tələbələri arasında Azərbaycanla bağlı müsabiqə keçirilib, qaliblərə suvenirlər təqdim olunub.

17 yanvar tarixindən etibarən start verilən Azərbaycan Milli Həftəsi sabah başa çatacaq.

Son xəbərlər

Orphus sistemi