Belçikanın Baş naziri: “Azərbaycanı sammitdə görməyə şadıq”

Belçikanın Baş naziri: “Azərbaycanı sammitdə görməyə şadıq” “Biz Azərbaycanı Avropa Siyasi Birliyinin sammitində görməyə şadıq”.
Xarici siyasət
1 İyun , 2023 12:29
Belçikanın Baş naziri: “Azərbaycanı sammitdə görməyə şadıq”

“Biz Azərbaycanı Avropa Siyasi Birliyinin sammitində görməyə şadıq”.

“Report”un Moldovaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belçikanın Baş naziri Aleksandr De Kro deyib.

O, Azərbaycanla əlaqələrin, həmçinin ölkə ilə enerji sahəsində əməkdaşlığın önəmini qeyd edib: “Bu, çox mühüm əlaqələrdir. Energetika bu gün əsas müzakirə mövzularından biridir. Biz Azərbaycanı burada danışıqlar masası arxasında görməyə, bu mövzunu müzakirə etmək imkanımız olduğuna görə şadıq”.

Qeyd edək ki, bu gün Kişineudan 35 kilometr aralıda yerləşən Bulboaka yaşayış məntəqəsində, Mimi qəsrində Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Sammitdə 40-dan çox dövlət başçısı, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Parlamentinin başçısı Roberta Metsola və Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Josep Borel iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi