Belçikanın Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına avqustda başlayacaq

Belçikanın Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına avqustda başlayacaq 2013-cü ilin sentyabr ayından Belçikanın Bakıdakı səfiri vəzifəsində çalışan Karin Petini Bert Şufs əvəz edəcək
Xarici siyasət
23 İyun , 2016 10:33
Belçikanın Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına avqustda başlayacaq

Bakı. 23 iyun. REPORT.AZ/ Belçikanın Azərbaycandakı yeni səfiri Bert Şufs vəzifəsinin icrasına avqustun 1-də başlayacaq.

"Report" Belçika KİV-inə istinadən xəbər verir ki, əvvəllər B.Şufs Belçika Xarici İşlər Nazirliyində Sülhün Gücləndirilməsi departamentində siyasətin planlaşdırılması və münaqişələrin qarşısının alınması üzrə məsləhətçi vəzifəsində çalışıb.

O, 2013-cü ilin sentyabr ayından Belçikanın Bakıdakı səfiri vəzifəsində çalışan Karin Petini əvəz edəcək.

Qeyd edək ki, B.Şufs Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra fəaliyyətə başlayacaq.

Son xəbərlər

Orphus sistemi