Belçikanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Belçikanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb Elmar Məmmədyarov xanım səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
20 İyul , 2016 16:43
Belçikanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycandakı səfiri xanım Karen Petiti diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir Karen Petit diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Karen Petitə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi