Yuxarı
    Bağlamaq

    Belçika XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

    Görüş zamanı həm iki ölkə, həm də Aİ və Azərbaycan arasındakı ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq

    Bakı. 22 aprel. REPORT.AZ/ Belçikanın xarici işlər naziri Didye Reyndersin Azərbaycana səfər proqramı açıqlanıb.

    Belçikanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, D.Reynders aprelin 27-də Bakıya gələcək.

    Aprelin 28-də Belçika XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə də görüş planlaşdırılıb. 

    Görüşlər zamanı həm iki ölkə, həm də Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

    Xatırladaq ki, cari ilin birinci yarısından etibarən Belçika Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. 

    D.Reyndersin Bakıya səfəri aprelin 29-da başa çatacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi