Belçikanın Azərbaycandakı səfiri Bert Şoofs Milli Məclisinin deputatları, Azərbaycan-Belçika Dostluq Qrupunun üzvləri ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
Bildirilib ki, diplomat parlamentarilərlə Azərbaycan-Belçika əlaqələrinin inkişafını, eləcə də Dostluq Qrupu çərçivəsində gələcək ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.