Belçika parlamentariləri Qarabağ müharibəsini müzakirə etdilər

Belçika parlamentariləri Qarabağ müharibəsini müzakirə etdilər Belçika Krallığının Flandriya Regional Parlamentinin Xarici Əlaqələr, Avropa Məsələləri, Beynəlxalq Əməkdaşlıq və Turizm Komitəsinin üzvləri ikinci Qarabağ müharibəsinə dair müzakirələr keçiriblər.
Xarici siyasət
9 Fevral , 2021 23:50
Belçika parlamentariləri Qarabağ müharibəsini müzakirə etdilər
Fuad İsgəndərov

Belçika Krallığının Flandriya Regional Parlamentinin Xarici Əlaqələr, Avropa Məsələləri, Beynəlxalq Əməkdaşlıq və Turizm Komitəsinin üzvləri ikinci Qarabağ müharibəsinə dair müzakirələr keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov müzakirələrdə iştirak edib.

Səfir komitə iclası zamanı ikinci Qarabağ müharibəsinin gedişatı, səbəb və nəticələrinə dair ətraflı məlumat verib və parlament üzvlərini mövcud vəziyyətlə tanış edib.

Diplomat Avropa İttifaqının (Aİ) Azərbaycanla əsas iqtisadi tərəfdaşlığını nəzərə alaraq, birliyə üzv dövlətlər tərəfindən münasibətlərin daha da inkişafı üçün siyasi təkan verilməsinin vacibliyini vurğulayıb.

Fuad İsgəndərov daha sonra komitə üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi