Yuxarı
    Bağlamaq

    Belçika mətbuatında Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi barədə xəbər dərc olunub

    Yazıda Azərbaycanın birinci xanımı haqqında oxuculara qısa məlumat verilir

    Bakı. 22 fevral. REPORT.AZ/ Cari ilin 22 fevral tarixində Avropa İttifaqının xarici siyasəti, beynəlxalq əlaqələr və diplomatiya məsələlərini işıqlandıran “Brussels Diplomatic” xəbər portalında Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi barədə “Aliyeva from First Lady to First vice-president of Azerbaijan” başlıqlı xəbər dərc olunub.

    "Report" xəbər verir ki, yazıda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında oxuculara qısa məlumat verilir, onun UNESCO-nun xoşməramlı səfiri olduğu da vurğulanır.

    Eyni zamanda, qeyd olunur ki, Prezident İlham Əliyevin cari ilin 5-6 fevral tarixlərində Brüsselə səfərindən sonra Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə ilkin danışıqlar başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi