Yuxarı

Belarusun keçmiş prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız danışıqlar yolu ilə mümkündür"

Bu sizə kənardan edilmiş zorakılıqla yaranmış bütün məsələləri həll etməlidir

Bakı. Martın 11-də. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız danışıqlar yolu ilə mümkündür."

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IV Qlobal Bakı Forumunda iştirak edən Belarusun keçmiş prezidenti Stanislav Şuşkeviç deyib.

"Mən Azərbaycan tərəfinin ləyaqət hissini və zorakılığa səbəb olacaq metodlarla işləmək istəməməsini görürəm. Mənə elə gəlir ki, bu yanaşma uğur gətirməli və sizə kənardan edilmiş zorakılıqla yaranmış bütün məsələləri həll etməlidir", - deyə S.Şuşkeviç bildirib.

S.Şuşkeviç həmçinin Donbass münaqişəsinin həlli perspektivlərinə də toxunub. Onun sözlərinə görə, Ukrayna adi yol seçib: "Onlar zorakılığın qarşısının alınmasının zəruriliyini dərk etdi. Amma Rusiya ilə müharibəyə girişmək də lazım deyil. Başqa çıxış yolu tapmaq lazımdır".

S.Şuşkeviç əlavə edib ki, bu gün Avropa bir çox düzgün və lazımi bəyannamələr qəbul edir, amma bununla kifayətlənmək olmaz

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi