Belarusda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Belarusda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib İlham Əliyev sarayın Qış bağının girişində Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən qarşılanıb
Xarici siyasət
28 Noyabr , 2015 12:54
Belarusda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Minskdə “Müstəqillik sarayı”nda rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Son xəbərlər

Orphus sistemi