Belarus XİN başçısı: "Azad edilmiş ərazilərin bərpasında iştiraka hazırıq"

Belarus XİN başçısı: "Azad edilmiş ərazilərin bərpasında iştiraka hazırıq" Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşüb. XİN-dən "Report"a bildirilib ki, nazirlər iki ölkə arasında mün
Xarici siyasət
117
3 Dekabr , 2021 09:28
Belarus XİN başçısı: Azad edilmiş ərazilərin bərpasında iştiraka hazırıq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

XİN-dən "Report"a bildirilib ki, nazirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.

Tərəflər ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

C.Bayramov həmkarına bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımılar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb. Nazir Vladimir Makey yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə edib.

Tərəflər həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi