Bakı. 29 noyabr. REPORT.AZ/ Noyabrın 29-da Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri davam edəcək.
"Report" BELTA-ya istinadən xəbər verir ki, bu gün Aleksandr Lukaşenko Şəhidlər və Fəxri xiyabanı ziyarət edəcək.
Səfər proqramına, həmçinin Azərbaycanın baş naziri Artur Rasi-zadə ilə görüş daxildir.