Belarus Prezidenti Azərbaycana gəlir

Belarus Prezidenti Azərbaycana gəlir Aleksandr Lukaşenko I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək
Xarici siyasət
11 İyun , 2015 13:06
Belarus Prezidenti Azərbaycana gəlir

Bakı. 11 iyuun. REPORT.AZ/ Bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana gəlir. "Report" Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətindən bildiriblər. 

Səfərdə məqsəd iyunun 12-də Bakıda keçiriləcək I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etməkdir. 

Məlumatda həmçinin qeyd olunub ki, A.Lukaşenko Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək və idman obyektlərinə də baş çəkəcək. 

Səfər iyunun 13-dək davam edəcək. 

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-28-də Azərbaycanda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi