Yuxarı

​Belarus Prezidenti Azərbaycana gəlib

Aleksandr Lukaşenko I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Bakı. 11 iyun. REPORT.AZ/ Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.

"Report"un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi