Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri: "Azərbaycan etibarlı dostumuz və tərəfdaşımızdır"

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri: "Azərbaycan etibarlı dostumuz və tərəfdaşımızdır" Tərəflər regional əməkdaşlığı genişləndirməli və bunun üçün hüquqi bazanı fəal şəkildə inkişaf etdirməlidir
Xarici siyasət
11 Oktyabr , 2017 15:48
Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri: Azərbaycan etibarlı dostumuz və tərəfdaşımızdır
Sputnik

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Belarus və Azərbaycan ticari-iqtisadi sahədə əməkdaşlığı gücləndirməlidirlər".

"Report" "Sputnik Belarus"a istinadən xəbər verir ki, bunu Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Minskdə səfərdə olan Azərbaycan parlamentinin sədri Oqtay Əsədov ilə görüşündə deyib.

"Azərbaycan etibarlı dostumuz və tərəfdaşımızdır. Hesab edirəm ki, geniş ikitərəfli əməkdaşlıq üçün hər cür şərait yaradılıb", - V.Andreyçenko bildirib.

Onun sözlərinə görə, Belarus və Azərbaycan beynəlxalq arenada bir-birini dəstəkləyir. O eyni zamanda Belarus, Azərbaycan və Rusiyaya qarşı olan "İsveç qətnaməsi"ni dəstəkləmədiklərinə görə azərbaycanlı tərəfdaşlarına təşəkkür edib.

Öz növbəsində, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Belarus-Azərbaycan münasibətləri yüksək səviyyədədir.

"Prezidentlərimizin sayəsində strateji tərəfdaş olmuşuq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, tərəflər regional əməkdaşlığı genişləndirməli və bunun üçün hüquqi bazanı fəal şəkildə inkişaf etdirməlidirlər.

O.Əsədov koorporativ əməkdaşlığın iki variant - "Belarus-Azərbaycan-Türkiyə" və "Almaniya-Belarus-Azərbaycan" üzrə inkişaf etdirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi