Belarus İstintaq Komitəsinin rəhbəri: “Azərbaycan ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik”

Belarus İstintaq Komitəsinin rəhbəri: “Azərbaycan ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik” Belarusun İstintaq Komitəsi Azərbaycan ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Xarici siyasət
17 Noyabr , 2021 11:19
Belarus İstintaq Komitəsinin rəhbəri: “Azərbaycan ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik”

"Belarusun İstintaq Komitəsi Azərbaycan ilə əməkdaşlığı gücləndirmək niyyətindədir".

“Report” xəbər verir ki, bunu jurnalistlərə Belarus İstintaq Komitəsinin rəhbəri Dmitri Qora bildirib.

“Səfərimizin məqsədi Azərbaycanın Baş Prokururluğu ilə Belarus İstintaq Komitəsi arasında artıq formalaşmış münasibətləri möhkəmləndirmək, fəaliyyətimizi praktiki istiqamətə yönəltməkdir”, - o deyib.

Belarus İstintaq Komitəsinin rəhbəri Azərbaycanın Baş Prokururluğunun təcrübəsini mənimsəməyə və təcrübə mübadiləsi aparmağa hazır olduqlarını qeyd edib.

O dünən Bakıda Azərbaycanın Baş Prokururluğunun Elmi-Tədris Mərkəzi ilə “Belarus Respublikasının İstintaq Komitəsinin İxtisasartırma və Təkmilləşdirmə İnstitutu” arasında əməkdaşlıq haqqında memorandumun imzalandığını qeyd edib.

“Bu memorandum əsasən niyyət bəyannaməsidir, lakin səfər çərçivəsində elmi, ilk növbədə tədris fəaliyyətinin konkret istiqamətləri işlənib”, - D.Qora bildirib.

Son xəbərlər

Orphus sistemi