Bakı. 26 iyun. REPORT.AZ/ Belarusun Azərbaycandakı yeni səfiri Gennadi Axramoviç təyin olunub. "Report" Belarus Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 25-də Belarus Prezidenti təyinatla bağlı müvafiq sərəncam imzalayıb.
G. Axramoviç bu vəzifədə 2006-cı ilin iyulundan Belarusun Azərbaycandakı səfiri işləmiş Nikolay Paskeviçi əvəz edəcək.