Bekir Pakdemirli: “Azərbaycanlı yanğınsöndürənlərin fədakarlıqlarını gözlərindən oxudum”

Bekir Pakdemirli: “Azərbaycanlı yanğınsöndürənlərin fədakarlıqlarını gözlərindən oxudum” “Türkiyədə günlərdir davam edən şiddətli meşə yanğınları zamanı ölkəmizə dünyanın bir çox ölkələrindən yardımlar gəlib. Ancaq, ən önəmli dəstək və yardımı qardaş Azərbaycandan gördük”.
Xarici siyasət
11 Avqust , 2021 01:05
Bekir Pakdemirli: “Azərbaycanlı yanğınsöndürənlərin fədakarlıqlarını gözlərindən oxudum”
Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli

“Türkiyədə günlərdir davam edən şiddətli meşə yanğınları zamanı ölkəmizə dünyanın bir çox ölkələrindən yardımlar gəlib. Ancaq ən önəmli dəstək və yardımı qardaş Azərbaycandan gördük”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Muğlada “Böhran mərkəzi”ndə keçirilən iclasdan sonra azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan 900 nəfərə yaxın canlı qüvvə və 90-dan çox texnika ilə Türkiyəyə köməyə gəlməklə hər bir Türkiyə vətəndaşını qürurlandırıb:

“Azərbaycanlı yanğınsöndürənlər Türkiyədəki meşə yanğınlarının ilk günlərindən etibarən bizimlə çiyin-çiyinə çalışıb, onların fədakarlıqlarını gözlərinin içindən oxudum. Hansı tapşırıq verildisə, canla-başla yerinə yetirdilər, "Biz oturmağa yox, sizə yardım etməyə gəlmişik" dedilər”.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan nazir Bekir Pakdemirli Azərbaycanın yanğınla mübarizədə dəstəyi, göstərdiyi köməyi əsl qardaşlıq nümunəsi adlandırıb.

Son xəbərlər

Orphus sistemi