Yuxarı
    Bağlamaq

    BƏƏ səfiri: "Ərəb turistləri arasında Azərbaycanda biznes qurmaq istəyən şəxslər də var"

    Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  biznes üçün yaradılan şərait investorlar üçün əlverişlidir

    Bakı. 8 sentyabr. REPORT.AZ/ "Mənim ötən ilin oktyabr ayında Azərbaycana səfir kimi gəldiyim ilk gündən ölkə məni öz səmimiliyi ilə valeh edib".

    Bu barədə "Report" üçün Azərbaycanın turizm potensialına həsr olunmuş məqalədə BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubaisi bildirib. 

    Onun sözlərinə görə, Azərbaycanda ərəb turistlərinin sayının xeyli artması iki ölkə arasında səmərəli əməkdaşlıq və qardaş münasibətlərinin nəticəsidir: "Mən bura gələn turistlərlə söhbət edirəm. Əmirlik sakinləri səyahət etməyi sevirlər. Biz dünyanın bir çox yerlərində olmuşuq, lakin Azərbaycanın xüsusi yeri var". 

    Səfir qeyd edib ki, ərəb turistlərinin arasında Azərbaycanda biznes qurmaq istəyən şəxslər də var: "Azərbaycan prezidenti İlham Əliyev tərəfindən  biznes üçün yaradılan şərait investorlar üçün əlverişlidir. BƏƏ-dən investorlar daha çox qeyri-neft sektoruna, xüsusilə kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunda maraqlıdır. BƏƏ-nin böyük hissəsi səhradır, Azərbaycan isə münbit torpaqlara malikdir".

    Səfir, həmçinin vurğulayıb ki, Azərbaycan və BƏƏ arasında ticarət əlaqələrinin yüksək göstəricilərinin əldə olunması üçün səylərini əsirgəməyəcək: "Mən inanıram ki, Azərbaycan hökumətinin dəstəyi ilə biz yaxın zamanlarda yeni uğurlar qazanacağıq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi