Səfir: "BƏƏ xalqların bir-biri ilə yaxınlaşması baxımından qlobal paytaxta çevrilib"

Səfir: "BƏƏ xalqların bir-biri ilə yaxınlaşması baxımından qlobal paytaxta çevrilib" Bakı. 23 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tolerantlıq, sülh, təhlükəsizlik, multikulturalizm dəyərlərinin beşiyi hesab olunur.
Xarici siyasət
23 Yanvar , 2019 14:45
Səfir: BƏƏ xalqların bir-biri ilə yaxınlaşması baxımından qlobal paytaxta çevrilib
0 : 00
0 : 00

Bakı. 23 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tolerantlıq, sülh, təhlükəsizlik, multikulturalizm dəyərlərinin beşiyi hesab olunur. 

"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisinin məqaləsində vurğulanıb.

Yazıda qeyd olunub ki, BƏƏ-də 200-dən artıq millət hörmət və ehtiram şəraitində yaşayır: "Bu çərçivədə BƏƏ-nin qanunları hörmət, ədalət və bərabərlik, cinayətə və şovinizmə, həmçinin ayrı-seçkiliyə və ixtilaf yaratmağa nifrəti təbliğ edir. Dövlətimiz zorakılıq, ekstremizm və ayrı-seçkiliklə mübarizə sahəsində bir sıra beynəlxalq konvensiya və müqavilələrin əsas tərəfdaşı hesab edilir. O, özündə şərq və qərb sivilizasiyalarını ehtiva edən və sülhün möhkəmlənməsi, xalqların bir-biri ilə yaxınlaşması baxımından qlobal paytaxta çevrilib. 2018-ci il dekabrın 15-də Əlahəzrət Şeyx Xəlifə bin Zayed 2019-cu ili BƏƏ-də "Tolerantlıq İli" elan edib. Bu, dövlətimizin tolerantlıq sahəsində qlobal paytaxt olmasının ən bariz nümunəsi və onun qurucusu Şeyx Zayed kursunun davamıdır. Həmçinin tolerantlıq, dialoq və müxtəlif mədəniyyətlərə açıq olma dəyərlərinin dərinləşdirilməsinə hədəflənən əsaslı və davamlı bir prosesdir".

Məqalədə bildirilib ki, tolerantlıq ili 5 əsas hədəf - cəmiyyətdə müxtəlif xalqlar və mədəniyyətlərə açıq olmaq və tolerantlıq dəyərlərinin gənc nəslin diqqətini çəkərək dərinləşdirilməsi, bir sıra təşəbbüslərin və böyük layihələr, o cümlədən tədqiqatların həyata keçirilməsi ilə BƏƏ-nin qlobal tolerantlıq paytaxtı statusunun yaradılması, bir sıra sosial təşəbbüslərin və müxtəlif mədəniyyətlərin vasitəsi ilə mədəni tolerantlıq, mədəni, dini və sosial tolerantlıq dəyərlərinin gücləndirilməsinə yönəlmiş qanunların tətbiqi, tolerantlığın təşviqinin gücləndirilməsi və bu məqsədlə media vasitəsi ilə digər təşəbbüslərin həyata keçirilməsi üzərində mərkəzləşəcək. 

Son xəbərlər

Orphus sistemi