Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov "Dubai Air Show" beynəlxalq aviasiya sərgisinin açılış mərasimində iştirak edib.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə iştirak zamanı səfir Birləşmiş Ərəb Əmirliklərinin müdafiə nazirinin müavini, general-mayor Abdulla əl-Haşimi ilə görüşüb, ona Azərbaycanda aviasiyanın uğurları barədə məlumat verib.
Səfir Abdulla əl-Haşimini Azərbaycana səfərə dəvət edib.