​Prezident İlham Əliyevin və BƏƏ-nin baş nazirinin geniş tərkibdə görüşü olub

​Prezident İlham Əliyevin və BƏƏ-nin baş nazirinin geniş tərkibdə görüşü olub Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun rəsmi qarşılanma mərasimi keçirilib
Xarici siyasət
2 Aprel , 2015 13:05
​Prezident İlham Əliyevin və BƏƏ-nin baş nazirinin geniş tərkibdə görüşü olub

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub. “Report”un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu qarşılayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun qarşısından keçib.

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.

Son xəbərlər

Orphus sistemi