Bakı. 14 sentyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb.
BƏƏ-nin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, yeni səfir vəzifəsinə Mohamad Ahmed əl-Qubaysi təyinat alıb.
O bu vəzifədə 2015-ci ilin aprel ayında öz missiyasını başa vurmuş Salem Xalifa Mohamad əl-Ğaflini əvəz edəcək.
Yeni təyin olunmuş səfir M.A.əl-Qubaysi yaxın müddətdə Bakıya gələcək